InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Halların İdarəedilməsi Xidməti təsdiqləyib.
Məlumata görə, itkin yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.
Fövqəladə Halların İdarəedilməsi Xidmətinin məlumatına əsasən, axtarış-xilasetmə işləri fasiləsiz şəkildə aparılıb və proses zamanı su üzərində xilasetmə üçün nəzərdə tutulan xüsusi texnika və avadanlıqlardan istifadə olunub.
Qeyd edək ki, 15 yaşlı Umud Sofiyev Tbilisi dənizində 6 gün əvvəl itkin düşmüşdü.
